Günün kuponu – 01.03.2024
Latsio – Milan QOL/QOL
İddialı iki komandanın duelində kimin qalib gələcəyini demək çətindir. Amma hər iki komandanın hücum potensialını nəzərə alsaq, qarşılıqlı qolların vurulacağını güman etmək olar.
Midyullend – Kopenhagen 2,5 ÜST
Danimarkada mövsümün oyunlarından biri. Hər iki komanda çempionluğa iddialıdır. Düşünürəm ki, həm Midyullend, həm də Kopenhagen qələbə üçün risk alacaq. Bu oyunda ən azı 3 qolun vurulacağını güman edirəm.
Herta Berlin – Holştayn Kil 2
Holşatyn Kil Bundesliqaya hələ bu qədər yaxın olmayıb. Herta Berlinin isə demək olar ki, iddiası qalmayıb. Ötən turda məğlub olan Holştayn Kil bu dəfə qələbə qazanmaq üçün əlindən gələni edəcək. Zənnimcə, bacaracaqlar.