Gündoğan La Liqa yolunda

Gündoğan La Liqa yolunda

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan qış transfer pəncərəsində komandasını dəyişə bilər. Onun xidmətində “Barselona” maraqlıdır.

Kataloniyalılar “şəhərlilər”dən Bernardo Silvanı da istəyir. Lakin klub üçün bu qış portuqaliyalını almaq demək olar ki, mümkün olmayacaq. Çünki o, Xosep Qvardiolanın heyətinin vacib hissəsidir.

Buna görə də “qırmızı-mavilər” üçün alternativ müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq Gündoğandır. “Barselona” almaniyalı futbolçunun istedadını yüksək qiymətləndirir və onu çox yönlü oyunçu hesab edir.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl” 21 ildən sonra

Növbəti yazı

Fransa nəhəngi Kroosu istəyir