Gülər debütə yaxındır
Arda Gülər “Real”da debüt etməyə yaxındır. O, bunu sabah reallaşdıra bilər.
Zədədən sonra bərpa prosesini başa vuran futbolçunun “Rayo Valyekano” ilə matçda iştirak edəcəyi gözlənilir. İspaniya nəhənginin baş məşqçisi Karlo Ançelotti onun sabahkı oyunun heyətdə olacağını açıqlayıb:
“Arda sabahkı matç üçün heyətdə olacaq və yavaş-yavaş şans qazanmağa başlayacaq. Xüsusi hazırlanmış planlı oyunumuzu həyata keçirəcəyik”.