Göz yaşları ilə vida

Göz yaşları ilə vida

Tennis əfsanəsi Rocer Federer karyerasını bitirib. 41 yaşlı tennisçi son oyununu Leyver kubokunda keçirib.

Federer Rafael Nadalla cütdə Cek Sok və Fransis Tiafuya uduzub – 6:4, 6:7, 9-11. Zədə üzündən bir ilə yaxındır korta çıxmayan isveçrəli Leyver kubokunda vida üçün meydanlara qayıdıb.

“Böyük dəbilqə”lərin 20 qat çempionu 2009-22-ci illərdə rekordçu olub. Sonradan Nadal və Novak Cokoviç onun bu göstəricisini arxada qoyub.

103 titul qazanan Federer 310 həftə birinci raketka olub. O, son matçından sonra kortu göz yaşları ilə tərk edib. Rəqibi Nadal da ona qoşularaq ağlayıb.

ETOPAZ

Əvvəlki yazı

İtaliya İngiltərəni B liqasına göndərdi

Növbəti yazı

“Şarlott”da yeni müqavilə