Futbol əfsanəsi vəfat etdi

Futbol əfsanəsi vəfat etdi

Dünya futbolunda ciddi itki baş verib. Almaniya millisinin əfsanəvi futbolçusu və məşqçisi Frans Bekkenbauer dünyasını dəyişib.

Futbol üzrə dünya çempionu və ikiqat “Qızıl top” sahibi 79 yaşında vəfat edib. O, həyata gözlərini ailəsinin əhatəsində yumub.

Qeyd edək ki, Bekkenbauer Almaniya millisinin heyətində futbolçu kimi 1972-ci il Avropa, 1974-cü il dünya çempionu, “Bavariya” ilə 4 dəfə Bundesliqa qalibi olub. O, baş məşqçi kimi 1990-cı ildə yığması ilə dünya çempionu adına yiyələnib.

ETOPAZ

Əvvəlki yazı

Sanço “Borussiya” yolunda

Növbəti yazı

Ronaldo 1-ci pillədədir