“Fulhem” “Arsenal”ın futbolçusunu alır
“Fulhem” heyətini yeni futbolçu ilə gücləndirəcək. Klub “Arsenal”ın müdafiəçisi Sedrik Soaresi transfer etməyə yaxındır.
Londonlular 31 yaşlı futbolçu üçün 2022-23 mövsümünün sonuna qədər icarə təklifi edib. Sözləşməyə satınalma variantı daxil olmayacaq. Futbolçunun maaşının ödənilməsini “Fulhem” öz üzərinə götürəcək.