Fransa millisində daha iki itki

Fransa millisində daha iki itki

Fransa millisi DÇ-2022-nin final oyunu öncəsi daha bir çətinliklə üzləşib. Yığmanın iki futbolçusu xəstələnib.

Bunlar Rafael Varan və İbrahima Konatedir. Hər iki oyunçu soyuqdəymədən əziyyət çəkir.

Onların ciddi narahatçılığı olmasa da, həkimlər müdafiəçiləri nəzarətdə saxlayır. Teo Ernendesdə də xəstəlik sindromları hiss olunur. Yarımfinal öncəsi xəstələnən üç oyunçudan ikisi – Adrian Rabio və Dayot Upamekanonun vəziyyəti isə nisbətən sabitləşib. Kinqsli Koman isə son məşqi də buraxmalı olub.

Qeyd edək ki, DÇ-2022-nin final oyunu dekabrın 18-də keçiriləcək. Fransa bu görüşdə Argentina ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

PSJ Mbappeni satmağa razılıq verdi

Növbəti yazı

Buskets milli karyerasını bitirdi