Forster tibbi müayinədən keçdi
“Sauthempton”un qapıçısı Freyzer Forster klubunu dəyişməyə yaxındır. O, “Tottenhem”ə azad agent kimi keçəcək.
İngiltərə millisinin futbolçusu artıq London klubunda tibbi müayinədən keçib. Rəsmi müqavilənin yaxın günlərdə açıqlanması gözlənilir.
Qeyd edək ki, 34 yaşlı qolkiperin “Sauthempton”la müqaviləsi bu ilin yayı başa çatır.