Foden Runinin rekordunu təkrarladı

Foden Runinin rekordunu təkrarladı

“Mançester Siti”nin futbolçusu Fil Foden üçün Çempionlar Liqasının “Real”la görüşü (4:3) əlamətdar olub. O, “Mançester Yunayted”in sabiq oyunçusu Ueyn Runinin rekordunu təkrarlayıb.

Belə ki, Avropanın ən nüfuzlu klub turnirində 9-cu qoluna imza atan forvard 21 yaşda bunu bacaran ikinci ingiltərəli oyunçudur. Foden mövsüm başa çatmamış daha bir qol vursa, ölkəsinin tarixinə düşəcək.

Qeyd edək ki, “Real” – “Mançester Siti” duelinin cavab görüşü mayın 4-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Ayaks”ın hücumçusu Premyer Liqa yolunda

Növbəti yazı

“Nyukasl” “Tottenhem”in oyunçusunu istəyir