Foden ilk ingiltərəli oldu
Fil Foden Çempionlar Liqasında xüsusi uğura imza atıb. “Mançester Siti”nin oyunçusu turnirdə 50-ci oyununu keçirib.
O, bu həddə çatan ən gənc ingiltərəli futbolçu adına yiyələnib. Foden 23 yaş 261 günlüyündə 1/8 final mərhələsinin “Kopenhagen”lə matçına start heyətinə başlayıb.
Görüş “şəhərlilər”in 3:1 hesablı qələbəsi ilə nəticələnib. Oyunda son qolu elə məhz Foden vurub.