Firminyo “Yuventus”un hədəfində

Firminyo “Yuventus”un hədəfində

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. Turin təmsilçisi hücumçu Roberto Firminoya elçi düşüb.

31 yaşlı braziliyalı müqaviləsinin müddəti başa çatdığı üçün iyunun sonunda “Liverpul”dan ayrılacaq. Forvardın transferi üçün danışıqlara başlayan “qoca sinyora”nı xüsusilə Firminonun azad agent statusuna malik olması cəlb edir. Komandanın hücumda zəifliyini Braziliya millisinin üzvü ilə doldurmağa çalışan italyanlar oyunçunun transferinin rəsmiləşəcəyinə inanırlar.

ETOPAZ

Əvvəlki yazı

Xoselu “Real”da

Növbəti yazı

Navas tarixə düşdü