Firmino “Liverpul”dan ayrılır

Firmino “Liverpul”dan ayrılır

“Liverpul” daha bir futbolçusu ilə yollarını ayıra bilər. “Bavariya”ya keçən Sadio Manenin ardından Roberto Firminonun da klubunu dəyişməsi gündəmdədir.

Heyətini yeni hücumçularla gücləndirən “qırmızılar”da braziliyalı forvard artıq müntəzəm əsas heyətə düşə bilmir. Bu səbəbdən o, əsas heyət üzvü olacağı bir klubda oynamağın əleyhinə deyil. Firmino karyerasını “Yuventus”da davam etdirə bilər. Çünki İtaliya təmsilçisi bununla bağlı yaxın günlərdə qarşı tərəflə rəsmi danışıqlara başlayacaq.

Qeyd edək ki, Roberto Firmino ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Aston Villa”dan “Milan”a

Növbəti yazı

PSJ-nin yeni baş məşqçisi müəyyənləşdi