Firmino Cerrarda şərik oldu

Firmino Cerrarda şərik oldu

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Liverpul” “Benfika” ilə heç-heçə edib. 3:3 hesabı ilə başa çatan görüşün ikinci hissəsində Roberto Firmino dubla imza atıb.

Bu qollar braziliyalının “Liverpul”un heyətində Çempionlar Liqasında vurduğu 20 və 21-ci qollar olub. O, mersisaydlılarla 20 və daha çox qola imza atan 4-cü futbolçudur.

Bu göstəricidə o, Stiven Cerrarda çatıb. Firmino “Liverpul”un sabiq kapitanı ilə 3-cü yeri bölüşür. Mütləq rekord isə Məhəmməd Salaha məxsusdur. Misirli 33 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Qvardiola rekordçudur

Növbəti yazı

“Atletiko”nun uğursuzluğu davam edir