Finalın adı: Tsisipas – Ruud

Finalın adı: Tsisipas – Ruud

Monte-Karloda keçirilən “Masters” turnirində yarımfinal mərhələsinə yekun vurulub. Baş tutan görüşlərdən sonra finalçılar bəlli olub.

Kasper Ruud Novak Cokoviçi mübarizədən kənarlaşdırıb. O, rəqibini 3 setdə üstələməyi bacarıb. Həmçinin, bu, norveçlinin serbiyalı üzərində ilk qələbəsi olub.

Digər görüşdə isə Stefanos Tsisipas Yannik Sinnerlə üz-üzə gəlib. Yunanıstanlı tennisçi rəqibi 3 setdə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, Ruudla Tsisipas arasında keçiriləcək həlledici görüş bu gün baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” yenidən zirvədə

Növbəti yazı

“Beşiktaş” Santoşla yollarını ayırdı