Finalçılar bəlli oldu

Finalçılar bəlli oldu

“Rolan Qarros-2024”də qadınların mübarizəsində finalçılar bəlli olub. Həlledici görüşdə İqa Şventek və Yasmin Paolini üz-üzə gələcək.

Polşa tennisçisi yarımfinalda amerikalı həmkarı Koko Qaufu mübarizədən kənarlaşdırıb. Dünyanın 1 nömrəli raketka ustası 6:2 və 6:4 hesabları ilə qalib gəlib. Şventek son 4 ildə 3 dəfə Fransada qələbə qazanıb.

Paolini isə rusiyalı Mira Andreyeva ilə görüşdə çətinlik çəkməyib. İtaliyalı tennisçi 17 yaşlı rusiyalı rəqibindən 6:3 və 6:1 hesabları üstün olub.

ETOPAZ

Əvvəlki yazı

Millimiz mübarizəni dayandırdı

Növbəti yazı

Arif Əsədov: “Meydana qələbə üçün çıxacağıq”