Finala vəsiqə ilə “Top-10”da

Finala vəsiqə ilə “Top-10”da

“Australian Open”in finalına yüksələn Daniel Kollins karyerasında ilk dəfə “Böyük dəbilqə”nin həlledici matçında oynayacaq.

Dünyanın 30-cu raketkası yarımfinalda İqa Şventeki məğlub edib. O, 6:4, 6:1 hesabı ilə qalib gəlib.

Bu, ABŞ tennisçisinin “Top-10” təmsilçiləri ilə 21 görüşdə 7-ci qələbəsi olub. 28 yaşlı tennisçi bu uğuru sayəsində reytinqdə “Top-10”da debüt edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Nyu-York” Rendllə vidalaşır

Növbəti yazı

“Sevilya”da yeni müqavilə