Fillips “Nyukasl”ın hədəfində

Fillips “Nyukasl”ın hədəfində

Uğurlu çıxışını davam etdirən “Nyukasl” heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır. Klub “Mançester Siti”nin yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etməkdə maraqlıdır.

27 yaşlı futbolçu gələn il Avro-2024-də İngiltərə yığmasının heyətində yer almaq üçün daha çox oyun vaxtı əldə etmək istəyir. “Şəhərlilər”in əsas heyətinə düşməkdə çətinlik çəkən oyunçu komandasını dəyişməyə hazırdır.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”in Dimarko planı

Növbəti yazı

Noyer yaşıl meydanlara dönür