FIFA yeni layihəyə start verir

FIFA yeni layihəyə start verir

FIFA “FIFA series” adlanan yeni layihəyə start verir. Yeni layihəyə əsasən, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandaların iştirakı ilə mini turnir təşkil olunacaq.

Müxtəlif qitələrdə mini turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.

ETOPAZ

Əvvəlki yazı

Yamaldan növbəti rekord

Növbəti yazı

“Bolonya”nın hücumçusu “Arsenal”ın hədəfində