FİFA reytinqində lider dəyişmədi, Azərbaycan gerilədi

FİFA reytinqində lider dəyişmədi, Azərbaycan gerilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb. Siyahıda dünyanın 210 yığması yer alıb.

Planetin ən reytinqli yığması Belçikadır. “Qırmızı iblislər” 1-ci pillədəki mövqeyini qoruyub. Braziliya 2-ci sırada qalıb. İngiltərə isə “üçlüy”ü tərk edib.

Azərbaycan millisi 1146,87 xalla dünyanın 119-cusudur. Yığmamız ötən ayla müqayisədə 2 pillə geriləyib.

1463,50 xala malik Türkiyə 39-cu sırada yer alıb. “Ay-ulduzlular” 2 pillə irəliləyib.

1 (1). Belçika – 1832,33

2 (2). Braziliya – 1820,36

3 (4). Fransa – 1779,24

4 (5). İtaliya – 1750,52

5 (3). İngiltərə – 1750,16

6 (6). Argentina – 1738,79

7 (8). İspaniya – 1687,66

8 (7). Portuqaliya – 1681,73

9 (9). Meksika – 1672,92

10 (10). Danimarka – 1668,98

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” hücumçularını itirdi

Növbəti yazı

Monteyro qarət olundu