FİFA Eriksenin DÇ-2022-də iştirakına qarşı çıxmayacaq

FİFA Eriksenin DÇ-2022-də iştirakına qarşı çıxmayacaq

“Brentford”un yeni transferi Kristian Eriksen bu ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilər. FIFA ulduz futbolçunun Danimarka millisinə çağırılmasına qarışmayacaq.

Lakin turnirdən əvvəl digər oyunçular kimi, yarımmüdafiəçi də tibbi müayinədən keçəcək. Ali futbol qurumunun mətbuat xidməti məsələ ilə bağlı bəyanat yayıb: “Bütün oyunçular sağlamlıqlarına təsir edə biləcək hər şeydən tam xəbərdar olmaq üçün ürək müayinəsindən keçməlidirlər. İştirakla bağlı yekun qərar isə futbolçu və müvafiq assosiasiya verir”.

AVRO-2020-nin qrup mərhələsində Danimarka – Finlandiya oyunu zamanı infarkt keçirən Kristian Eriksenə kardioverter-defibrilator implantasiya edilib. Bu hadisədən sonra “İnter”dən ayrılan Eriksen “Brentford”la yenicə anlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Ndombeledən rekord

Növbəti yazı

“Milan”da derbi öncəsi itkilər