FIFA-dan “Giresunspor”a qadağa

FIFA-dan “Giresunspor”a qadağa

FIFA Türkiyənin daha bir klubuna transfer qadağası qoyub. “Bursaspor” və “Hatayspor”dan sonra bu dəfə Super Liqa təmsilçisi “Giresunspor” sanksiya ilə üzləşib.

Tibbi müayinəsi zamanı xərçəng xəstəliyi aşkarlanan sabiq futbolçu Jan-Pyerr Korreonun şikayətinə baxan ali futbol qurumu giresunluların iki transfer dönəmində heyətinə oyunçu qatmasına qadağa qoyub. Bundan başqa, qardaş ölkə təmsilçisi 765 min avroluq cəriməyə də məruz qalıb.

Qeyd edək ki, “Giresunspor” ötən mövsümün qış fasiləsində Jan-Pyerr Korreonun icarəyə götürülməsində hərtərəfli anlaşma əldə etdikdən sonra tibbi müayinə zamanı oyunçuda xərçəng xəstəliyi aşkarlandığı üçün keçid baş tutmayıb.

ETOPAZ

Əvvəlki yazı

Çempiondan qələbə

Növbəti yazı

Azərbaycan kubokunda püşk atıldı