Ferstappen liderliyini qorudu
Formula-1” üzrə dünya çempionatında Yaponiya Qran-prisi baş tutub. Suzuka avtodromunda Maks Ferstappen finişi birinci keçib.
“Red Bull”un sürücüsü komanda yoldaşı Serxio Peres və “Ferrari”dən Karlos Saynsı arxada qoyub. Ferstappen mövsümün 4 yürüşdən 3-də qalib olub.
Sürücülərin yarışında niderlandlı pilot 77 xalla yarışa 1-ci pillədə qərarlaşıb. Növbəti yerləri tutan Serxio Peresin 64, Şarl Leklerin isə 59 xalı var.