Feliks İngiltərə yolunda

Feliks İngiltərə yolunda

İngiltərənin “Aston Villa” klubu Portuqaliya millisinin futbolçusu Joao Feliksin transferi ilə bağlı danışıqlara başlayıb. Premyer Liqa təmsilçisi hazırda “Atletiko”da çıxış edən yarımmüdafiəçinin agenti Jorje Mendeşlə müzakirələr aparır.

Amma Joaonun keçidində digər klublar da maraqlıdır. “Mançester Yunayted”, “Çelsi”, PSJ və “Bavariya” 23 yaşlı forvardı heyətində görmək istəyir.

Qeyd edək ki, Feliks cari mövsümün 12 oyununda 3 qol və 3 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Ən məhsuldar 1/8 final

Növbəti yazı

“Liverpul” Bellingem yarışında liderdir