“Liverpul” Bellingem yarışında liderdir
Dortmund “Borussiya”sı və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropanın top klublarının maraq dairəsindədir. Onun transfer yarışına “Liverpul” başçılıq edir.
19 yaşlı futbolçu ilə müqavilə imzalamaq üçün əsas namizədlərdən biri olan “Real” fikrindən vaz keçib. İspaniya klubu “Borussiya”ya 150 milyon avro ödəmək istəmir.