Feliks “Atletiko”da qalacaq

Feliks “Atletiko”da qalacaq

“Atletiko”nun hücumçusu Joao Feliks yay transfer pəncərəsi zamanı İspaniya klubunu tərk etməyəcək. Bunu futbolçunun özü açıqlayıb.

O, bildirib ki, Madrid təmsilçisində özünü yaxşı hiss edir. Həmçinin, Feliks “Atletiko”da inkişaf etdiyini söyləyib:

“Ayrılıq müzakirə olunmur. Mən yaxşıyam və bütün diqqətimi “Atletiko”da oynamağa cəmləmişəm. Sakitcə gələcəyə baxıram. Nə edə biləcəyimi bilirəm, ona görə də hər şey qaydasındadır. Hazırda məzuniyyətdəyəm. Mövsümə hazırlaşmaq üçün məşqlərə yeni başlayıram. Hələlik futbol haqqında çox düşünmürəm. Təbii ki, “Atletiko”ya keçəndən sonra bir çox aspektlərdə təkmilləşdim. İnkişaf normal bir prosesdir. Düşünürəm ki, hər şeyi düzgün edirəm və buna görə də yaxşılaşıram”.

ETOPAZ

Əvvəlki yazı

Markao üçün 15 milyon

Növbəti yazı

Qrinvudun məhkəməsində dinləmə prosesi başa çatdı