Federerin rekordu təkrarlandı

Federerin rekordu təkrarlandı


Dünyanın 1-ci raketkası Novak Cokoviç “US Open”in yarımfinalına yüksəlib. O, 1/4 finalda Matteo Berrettinini məğlub edib – 5:7, 6:2, 6:2, 6:3.
8-ci raketka üzərində qələbə serbiyalının “Top-10”da yer alan rəqiblər üzərində 224-cü qalibiyyətidir. Novak bununla da Rocer Federerin rekordunu təkrarlayıb.
Cokoviç 20 qat qalibi olduğu “Böyük dəbilqə”lərdə ardıcıl 26-cı qələbə qazanıb və 42-ci dəfə yarımfinala yüksəlib. Yalnız Federer daha çox 26 dəfə “Böyük dəbilqə”də yarımfinal oynayıb.

ETOPAZ

Əvvəlki yazı

Hatçinson “Finiks”də

Növbəti yazı

Panqos NBA klubuna keçdi