Federer və Nisikori yarışdan çəkildi

Federer və Nisikori yarışdan çəkildi

İki tennisçi “Rolan Qarros”da iştirak etməkdən imtina edib. Rocer Federer və Key Nisikori rəsmi olaraq yarışdan çəkiliblər.

40 yaşlı Federer diz əməliyyatından sonra sağalma ərəfəsindədir. Nisikori isə yanvar ayında ombasından əməliyyat olunub.

Turnirdə onlar Peter Qoyovçik və Attila Balaş əvəz edəcək. “Rolan Qarros” mayın 23-də başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Kerri bu həftə məşqlərə qayıdır

Növbəti yazı

Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi