Federer “Top-10”u tərk edir

Federer “Top-10”u tərk edir

“Böyük dəbilqə” turnirlərinin 20 qat qalibi Rocer Federer ATP reytinqində “Top-10”u tərk edəcək. Buna polşalı Hubert Hurkaç səbəb olub.

O, İndian-Uellsdəki turnirin 3-cü mərhələsində Frensis Tiafa qalib gəlib –  6:3, 6:2. “Masters”dəki bu qələbə Hurkaça Federeri keçmək imkanı verib.

40 yaşlı isveçrəli gələn həftə açıqlanacaq reytinqdə “onluq”da olmayacaq. Federer sonuncu dəfə 2017-ci ilin əvvəlində, “Australian Open” ərəfəsində 10 ən güclü sırasında yer almayıb.

ETOPAZ

Əvvəlki yazı

Conni “Miluoki”yə lazım olmadı

Növbəti yazı

“Barselona”nın müdafiəçisi zədələndi