Fauls karyerasını bitirdi

Fauls karyerasını bitirdi

“Minnesota”nın basketbolçusu karyerasını bitirib. 36 yaşlı Silviya Fauls son oyununu keçirib.

Klub müntəzəm mövsümün son oyununda “Konnektikutu”ya uduzub – 83:90. Komanda WNBA-nın pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Basketbolçu daha əvvəl bu mövsümün karyerasında sonuncu olacağını açıqlamışdı.

Fouls ikiqat WNBA çempionu (2015, 2017), ikiqat Final MVP və 2017 mövsümünün MVP-sidir. O, həm də liqa tarixində karyerasında 4000 ribaund edən yeganə qadın basketbolçudur.

ETOPAZ

Əvvəlki yazı

Sakkari və Halepdən yüksəliş

Növbəti yazı

Ruuddan yüksəliş, Medvedev liderliyini qorudu