Fatidən imtina

Fatidən imtina

“Barselona”nın futbolçusu Ansu Fati əməliyyat olunmaqdan imtina edib. 19 yaşlı vingeri cərrahi müdaxilə deyil, konservativ müalicəyə üstünlük verib.

Klub rəhbərliyi, həmçinin baş məşqçi Xavi və komandanın həkimi Fatiyə əməliyyat olunmağı məsləhət görüb. Onlar bunun üçün Usman Dembeleni əməliyyat edən həkimin yanına – Finlandiyaya yollanmağı tövsiyə ediblər.

Amma Fati müalicə olunmaq qərarına gəlib. Bu proses 6-8 həftə çəkə bilər. Ansu əməliyyat olunsaydı, 4-6 ay meydanlardan kənar qalacaqdı. Cari mövsüm 5 matça çıxan Ansu 3 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”nın müdafiəçi planı

Növbəti yazı

“Atletiko” qapıçısını itirdi