Facioli “Yuventus”da qalacaq
“Yuventus” mərc etdiyi üçün cəzalandırılan Nikolo Facioli ilə bağlı qərarını verib. Klub onunla müqaviləni yeniləyəcək.
Yarımmüdafiəçi futbol matçlarına mərc etdiyinə görə 7 ay müddətinə diskvalifikasiya edilib. Daha 5 ay isə terapiya ilə əvəz edilib.
Klub və 22 yaşlı oyunçu yaxşılaşdırılmış şərtlərlə müqaviləni 2028-ci ilə qədər uzadacaq.