“Fənərbaxça” Amrabatın keçidini rəsmiləşdirdi

“Fənərbaxça” Amrabatın keçidini rəsmiləşdirdi

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib. Bunu klubun mətbuat xidməti açıqlayıb

İstanbul təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabatı transfer edib. Superliqa klubu 28 yaşlı mərakeşlini 2024/25 mövsümünün sonuna qədər icarəyə götürüb. Sözləşməyə birdəfəlik transfer bəndi də daxildir.

Qeyd edək ki, ötən mövsüm Amrabat 30 oyun keçirib və 9 sarı vərəqə alıb.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”dan növbəti transfer

Növbəti yazı

“Roma”dan “Fiorentina”ya