“Fənərbaxça” Marsialı istəyir
Antoni Marsial “Mançester Yunayted”i tərk etməyə yaxındır. O, başa çatacaq müqaviləsini yeniləməyi düşünmür.
28 yaşlı fransalının “qırmızı şeytanlar”la sözləşməsi 2024-cü ilin yayında başa çatır. Hücumçunun xidmətində “Fənərbaxça” maraqlıdır. Türkiyəlilər artıq “Mançester Yunayted”ə təxminən 8 milyon avroluq ilkin təklif edib.
Marsial İngiltərə klubuna 2015-ci ildə “Monako”dan keçib. O, “qırmızı şeytanlar”ın heyətində 317 oyunda 90 qol vurub və 55 məhsuldar ötürmə verib.