“Fənərbaxça” baş məşqçisi ilə vidalaşdı

“Fənərbaxça” baş məşqçisi ilə vidalaşdı

“Fənərbaxça”  baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb. Bunu Türkiyə klubunun mətbuat xidməti açıqlayıb.

Bu ilin iyulundan İstanbul təmsilçisini çalışdıran portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Türkiyə klubunun onunla vidalaşmasına uğursuz nəticələr səbəb olub. Avropa Liqasından Konfrans Liqasına yuvarlanan “Fənərbaxça” Super Liqada 17 turdan sonra 28 xalla 5-cidir.

ETOPAZ

Əvvəlki yazı

MDB Oyunları Azərbaycanda

Növbəti yazı

“Leykers”dən yaşlı “beşlik”