“Fənərbaxça” 5 il 5 ay sonra

“Fənərbaxça” 5 il 5 ay sonra

Türkiyə Super Liqasında 33-cü turun oyunları davam edir. Günün son matçında İstanbul derbisi baş tutub.

Əzəli rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” birincilərin meydanında üz-üzə gəlib. Bu, İstanbul nəhənglərinin tarixi ərzində 395-ci, ölkə çempionatı çərçivəsində isə 130-cu dueli olub.

“Ülker” stadionunda 50 mindən çox azarkeşin izlədiyi görüşün birinci hissəsində 1 qol qeydə alınıb. Mixa Zayç 26-cı dəqiqədə ev sahiblərini önə keçirib. “Sarı-lacivərdlilər” 68-ci dəqiqədə fərqi 2-yə yüksəldib. Bu dəfə Serdar Dursun rəqibi mərkəzə dəvət edib. Bu, həm də matçda vurulan son qol olub və “Fənərbaxça” rəqibini 2:0 hesabı ilə məğlub edib.

Bununla da 113 illik rəqabətdə “Fənərbaxça” 148-ci qələbəsini qazanıb. “Sarı-lacivərdlilər” eyni zamanda 4 oyundan sonra evdə qələbə həsrətinə son qoyub. Kadıköydə axırıncı dəfə 2016-cı il noyabrın 20-də rəqibinə yenilən “Fənər” 5 il 5 aydan sonra azarkeşlərinə “Qalatasaray” üzərində doğma arenada qalibiyyət sevinci yaşadıb. “Kanarya” həm də Super Liqada məğlubiyyətsizlik seriyasını 8-ə (7 qələbə, 1 heç-heçə) yüksəldib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 59-a çatdıran “Fənərbaxçar” turnir cədvəlində 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə aktivindəki 41 xalla 14-cü yerə düşüb.

ETOPAZ

Əvvəlki yazı

De Brüyne ardıcıl 6-cı dəfə

Növbəti yazı

Dembele Messiyə şərik oldu