Fələstinli hakim dünya çempionatında
2023-cü il qadın futbolçular arasında keçiriləcək dünya çempionatını idarə edəcək hakimlər açıqlanıb. FİFA mundialda güvənəcəyi referilərin siyahısını müəyyənləşdirib.
Avstraliya və Yeni Zelandiyanın birgə ev sahibliyi edəcəyi yarışın tarixində ilk dəfə fələstinli qadın ədalət təmsilçisi də fit çalacaq. Heba Saad oyunları idarə edəcək hakimlərdən biri olacaq.
Qeyd edək ki, gələn ilin 20 iyul – 20 avqust tarixlərində baş tutacaq mundailda 32 komanda mübarizə aparacaq.