Əzizli 100-ə çatdı

Əzizli 100-ə çatdı

“Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 29 yaşlı qolkiperin yubileyi Premyer Liqanın 17-ci turuna təsadüf edib.

O, “Səbail”lə səfərdəki matçda (0:3) meydana çıxıb. Əzizli bu 100 oyunda 143 qol buraxıb.

Qapıçının debütü “Rəvan”da forma geyindiyi 2015/16 mövsümündə gerçəkləşib. O, Premyer Liqada 8 klubda çıxış edib. Rəşad “Rəvan”, “Şüvəlan”, “Neftçi”, “Sumqayıt”, “Şamaxı”, “Zirə”, “Səbail”in və “Qəbələ”nin şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

Günün kuponu – 18.12.2023

Növbəti yazı

Sürpriz kupon – 18.12.2023