Günün kuponu – 26.02.2022
“Everton” – “Mançester Siti” – 2 [nowbetnow-dynamic dyn_code=1181]
Xosep Qvardiolanın komandası artıq əvvəlki turlarda olduğu kimi rahat deyil. Son oyunda evdə “Tottenhem”ə məğlubiyyətdən sonra “Liverpul” xal fərqini 3-ə endirib. Növbəti xal itki “Siti”nin liderliyini təhlükə altına alacaq. Ona görə premyer liqanın liderinin 22 oyuna 23 xal toplayan “Everton”la matçda xal itirəcəyinə inanmıram və əminliklə oyun 2 variantına üstünlük verirəm.
“Empoli” – “Yuventus” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1182]
Dekabrın 12-də “Napoli” üzərində sürpriz qələbədən sonra “Empoli” 2 ay yarımdır və ya 10 oyundur qalibiyyət üzünə həsrətdir. Təbii ki, güclü rəqiblə qarşılaşmalarına baxmayaraq bu oyunda da onlar nəhayət, 3 xal qazanmağa çalışacaq. “Empoli” 12-ci sırada olsa da, rəqib qapılarına elə “Yuventus” qədər – 38 qol vurub. Sadəcə, komandanın müdafiəsi bərbaddır. 26 oyuna 50 top buraxıblar. Fikrimcə, hər 2 komanda üçün qələbə vacib olduğundan və tərəflərin hücum potensialı xoş təsir bağışladığından bu matçdan 2,5 üst gözləmək olar.
“Ayntraxt” – “Bavariya” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1179]
Zədəli Manuel Noyer qapıya dönməyincə “Bavariya”nın hər oyununda qol/qol gözləmək olar. Zatən, bu komanda əksər hallarda qol vurub-buraxmağı “xoşlayır”. Frankfurtlularla münhenlilərin öz aralarındakı son 12 matçın hamısı 2,5 üstlə bitib, əksəri də qarşılıqlı qollarla. Ənənənin bu dəfə də davam edəcəyini düşünürəm.