ETOPAZ – pulun üstünə pul gətir!

Əziz Etopaz üzvləri. Cari futbol mövsümü fərqli olacaq. Belə ki, Azərbaycanın ilk qanuni mərc saytı ETOPAZ daha bir yeniliyə imza atır. Ölkəmizdə ilk dəfə olaraq dəyərli həmkarlarla oyunlara birlikdə mərc edərək futbol həyəcanını artırmağa çalışacayıq.
Etopaz.az sizə hər mövsüm bir sıra yeniliklər təqdim edir. İdman növlərini genişləndirir, onlayn mərc etmək imkanlarını rahatlaşdırır. Ən əsas uduşun zəmanət altında olduğunu sübut edir. Fikrimcə mərc oyunlarında əsas etibarlılıq və canlı mərc etmək amili böyük rol oynayır.
İlk növbədə mənə görə ən mühüm üstünlük Etopaz-ın qanuni mərc saytı olmasıdır. Deməli Etopaz-da uduşunuz məbləğdən asılı olmayaraq (3 və ya 30000 manat yaxud daha çox) qarantiya altındadır. Azərbaycanın istənilən guşəsində yaşamağınızdan asılı olmayaraq uduşunuz zəmanətdədir. Təxminləriniz doğrulduğu zaman əldə edəcəyiniz məbləğ itmir, batmır və 100% SİZİNdir. Etopaz hər zaman mərc edənləri düşünür və mümkün qədər uduşu qalibə tez (7\24) çatdırmağa çalışır. İstənilən vaxt saytdakı hesabınızda olan uduşu plastik kartlara (maaş, təqaüd və ya cari) köçürməklə rahat şəkildə istifadə edə bilərsiniz.

Daha bir üstünlük isə Etopaz-la istənilən məkanda mərc etmək imkanının olmasıdır. Sadəcə internetin olması kifayət edir. Etopaz-a daxil olursunuz təxminlərinizi seçirsiniz. Əksəriyyət canlı yəni oyun davam etdiyi zaman mərc etməyə üstünlük verir. Unutmayaq Etopaz-da onlayn mərc etmək də mümkündür. Ona görə matç başlamadan mərc etməyi çatdırmasaq yenə təəssüflənmirik. Etopaz hər an bizə udmaq imkanı verir.
Beləliklə yaxın günlərdə mərc bələdçiniz olmaqla proqnozlarımızda yeni və faydalı məlumat təqdim etməyə çalışacayıq. Məsləhət görəcəyimiz mərc kuponlarında risk dərəcəsi və reallaşma ehtimalı nəzərə alınacaq. Uduş hər zaman bəxtdən asılı deyil. Mərc edərkən komandaların vəziyyəti, statistik göstəricilər təhlil ediləcək. Əlbəttə kortəbii dediyimizə inanmaq olmaz. Bunun üçün hər kupon – təxmin olunan nəticələrə izah veriləcək. Şərhlərə uyğun olaraq qərarı təbii özünüz verəcəksiniz.
Yeni mövsümdə təxminlərimiz və uduşlarımız doğrulsun. Xeyirli olsun!

Hörmətlə
Sənan Şəfizadə

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Qolden Steyt” və “Bruklin”in hədəfindəki veteran

Növbəti yazı

Ulduzla müqavilə imzaladı, 17 əməkdaşını vəzifəsindən azad etdi