Eşli Barti yekun turnirinə qatılmayacaq
Dünyanın 1-ci raketkası Eşli Barti WTA-nın yekun turnirində iştirak etməyəcək. Bunu avstraliyalı tennisçinin özü açıqlayıb.
O bildirib ki, Qvadalaxarada təşkil olunan yarışa qatılmayacaq. Yarışın son qalibi “US Open”dən sonra Avstraliyaya qayıdıb və heç bir turnirdə oynamayıb.
Xatırladaq ki, yekun turniri noyabrın 10-17-də keçiriləcək.