Eriksen özünə klub tapdı
Kristian Eriksenin yeni klubu bəlli olub. Danimarka millisinin yarımmüdafiəçisi “Mançester Yunayted”lə anlaşıb.
“Brentford”dan ayrılan futbolçu tibbi müayinədən keçəcək. 30 yaşlı yarımmüdafiəçi 3 illik müqavilə imzalayacaq. O, yeni klubuna azad agent kimi qoşulacaq.