Eriksen fasilədən sonra ilk dəfə meydanda

Eriksen fasilədən sonra ilk dəfə meydanda

Kristian Eriksen uzun fasilədən sonra ilk dəfə meydana çıxıb. Yarımmüdafiəçi yanvarın sonunda “Brentford”la müqavilə imzalamışdı.

Premyer Liqanın 27-ci turunun “Nyukasl”la oyununda (0:2) yeni klubunda debüt edib. Futbolçu 52-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, Eriksen sonuncu dəfə 12 iyun 2021-ci ildə – Avro-2021-də Danimarka millisinin heyətində çıxış edib. Finlandiya ilə oyunun birinci hissəsinin sonunda (0:1) ürəyi dayandığı üçün huşunu itirib. Bir neçə gündən sonra ona kardioverter defibrilator quraşdırılıb.

ETOPAZ

Əvvəlki yazı

Mbappe İbrahimoviçə çatdı

Növbəti yazı

Nadal 91-ci titulunu qazandı