Erber “Australian Open”dən kənar qaldı

Erber “Australian Open”dən kənar qaldı

“Böyük dəbilqə” turnirlərinin qalibi Pyer-Uq Erber “Australian Open”i buraxacaq. Bu barədə qərarı tennisçinin özü verib.

O, belə addımı iki səbəbdən atıb. Tennisçi vaksinasiya ilə bağlı öhdəliklər üzündən Avstraliyaya yollanmayacaq. Erber koronavirus əleyhinə vaksin olunmaqdan imtina edib.

Əksər uğurları, o cümlədən “Böyük dəbilqə”lərdəki çempionluqları cütlərin yarışı ilə bağlı olan Pyer-Uqun qərarına fərdi reytinqdə “Top-100”dən kənar qalması da təsir edib. Bu il “Böyük dəbilqə” turnirlərinin hacısında ilk raundda uduzan Erber mövsümə İtaliyadakı “Çelencer”lərdə başlamağa üstünlük verib.

ETOPAZ

Əvvəlki yazı

Adetokumbo “Miluoki”nin tarixinə düşdü

Növbəti yazı

Luka Modriçə əvəzləyici