Entoni Teylor “Qarabağ”ın matçında

Entoni Teylor “Qarabağ”ın matçında

“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”in qonağı olacaq. Görüşün hakim təyinatları açıqlanıb.

Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Entoni Teylor olacaq. Ona Qari Besvik və Adam Nunn kömək edəcəklər. Endryu Madli isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Jarred Gavan Gillett əyləşəcək.

ETOPAZ

Əvvəlki yazı

Maunt məşqlərə başladı

Növbəti yazı

Ziyeçin taleyinə aydınlıq gəldi