Entoni Devisdən görünməmiş müqavilə

Entoni Devisdən görünməmiş müqavilə

NBA-nın ulduz basketbolçusu Entoni Devisin taleyinə aydınlıq gəlib. Hücumçu “Leykers”də qalacaq.

Los-Anceles klubu Devislə müqavilənin uzadılması barədə razılığa gəlib. O, yeni anlaşma ilə üç ildə 186 milyon dollar qazanacaq. Bu müqavilə 2025-ci ildən qüvvəyə minəcək. Belə ki, forvardın indiki anlaşması iki ildən sonra bitməlidir.

Entoni yeni müqavilə ilə NBA tarixinə düşüb. Onun illik maaşı 62 milyon olacaq. Bu, liqanın tarixində mütləq rekorddur.

ETOPAZ

Əvvəlki yazı

“Ayaks”ın futbolçusuna Premyer Liqadan elçi

Növbəti yazı

“Mançester Siti”dən transfer rekordu