“Ayaks”ın futbolçusuna Premyer Liqadan elçi

“Ayaks”ın futbolçusuna Premyer Liqadan elçi

“Ayaks”ın futbolçusu Edson Alvares karyerasını İngiltərədə davam etdirməyə yaxındır. Yarımmüdafiəçi “Vest Hem”ə keçidə razılıq verib.

Premyer Liqa klubu meksikalı futbolçunun müqaviləsinin detallarında da ortaq məxrəcə gələ bilib. Londonlular “Ayaks”la danışıqları davam etdirir.

Niderland klubu iki ay əvvəl futbolçusu üçün 40 milyon avro istəyirdi. Həmin vaxt Edsona Dortmund “Borussiya”sı elçi düşmüşdü.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” müdafiəçisini icarəyə verir

Növbəti yazı

Entoni Devisdən görünməmiş müqavilə