Enrike millini tərk edir
İspaniya millisində ayrılıq baş verəcək. Komandanın baş məşqçisi Luis Enrike dünya çempionatındakı uğursuzluğundan sonra vəzifəsini tərk edəcək.
Bildirilir ki, çalışdırıcı ilə müqavilə dekabrın sonuna kimi hesablanıb, lakin uzadılmayacaq. 24-48 saat ərzində 52 yaşlı mütəxəssisin gedişinin rəsmi olaraq açıqlanması gözlənilir.