Ən yaxşı adına namizədlər müəyyənləşdi
Premyer Liqada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər müəyyənləşib. Siyahını qurumun mətbuat xidməti açıqlayıb.
Mükafat uğrunda 8 futbolçu mübarizə aparacaq. Siyahıya Fil Foden, Erlinq Haaland (“Mançester Siti), Kobbi Maynu (“Mançester Yunayted”), Alexander İsak (“Nyukasl”), Koul Palmer (“Çelsi”), Destini Udoci (“Tottenhem”), Uilyam Saliba və Bukayo Saka (“Arsenal”) daxildir.