Ən erkən çempion

Ən erkən çempion

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Ağdam klubu ən erkən çempionluğu qazanıb.

Qurban Qurbanovun yetirmələri 2023/24 mövsümünün çempionu adını XXVIII turda təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.

Əvvəlki rekord da ağdamlılara məxsus idi. 2015/16 və 2017/18 mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən klub bu rekordu ikiqat üstələyib.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov – 10!

Növbəti yazı

“Liverpul”dan seçim