Emrelidən növbəti titul
Mahir Emreli Xorvatiya kubokunu qazanıb. Onun çıxış etdiyi “Dinamo” (Zaqreb) finalda iki oyunun nəticəsinə görə “Riyeka”nı məğlub edib.
Komandalar arasında Zaqrebdə keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşıb. Cavab matçında “Dinamo” 3:1 hesabı ilə qalib gəlib. Mahir final görüşlərində meydana çıxmayıb. Zaqreblilər 17-ci dəfə ölkə kubokunun qalibi olublar.
2023/24 mövsümündə Emreli cəmi 28 dəqiqə forma geyinib. Yığmamızın üzvü “Oriolik”lə (8:0) görüşün 62-ci dəqiqəsində meydana daxil olub və qollardan birinə imza atıb.
Qeyd edək ki, Mahir Zaqreb klubunun heyətində Xorvatiya çempionu tituluna yiyələnib.